Manşet

ADY Bakı-Tiflis qatarı ilə bağlı açıqlama verdi

19 May 2026, 11:5110
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Dəmir Yolları QSC Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.

ADY-dən Zefer.media-ya verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.

“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq”. – məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı–Tiflis–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600