Manşet

Bakıda iki müntəzəm marşrut üzrə avtobuslar yenilənir

14 May 2026, 15:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Metronun “20 Yanvar” stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 191 nömrəli marşrut avtobusları yenilənir.

Zefer.media xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib.

Belə ki, sabahdan 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir. Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “İsuzu HC45” markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600