Mərhum tanınmış müğənni Maykl Ceksona məxsus şəxsi əşyalar satışa çıxarılıb.
Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, “Kruse GWS Auctions” auksion evi ulduzun bir sıra əşyalarının satışını təşkil edir.
Əşyalar Mayklın geyindiyi xüsusi corablar, qırmızı lələkli şlyapa, əlcəklər və bir cüt loafer ayaqqabılar var.
Təşkilatçılar əlcəklər üçün ən az 25 000 dollar, loaferlər və keçə şlyapa üçün isə 7 500 dollar tələb edirlər.
Satışa həmçinin Mayklın 1990-cı illərin əvvəlində Şərqi Avropada, Berlin divarının dağılmasından dərhal sonra geyindiyi hərbi gödəkcə və “Bill” adlı şəxsə ünvanlanmış imzalı məktub da daxildir.
Zərintac Mayisqızı

















