Ağdamda qəza baş verib, 2 nəfər ölüb və 4 nəfər ağır xəsarət alıb.
Zefer.media “Report”a istinadən xəbər verir stinadən xəbər verir ki, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ 2107 markalı avtomobil qarşıdan gələn “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.
Faktla bağlı araşdırma aparılır.

















