İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani rəsmi Tehranın Hörmüz boğazını Ərəb dənizi istiqamətindən bağladığını bəyan edib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası bildirib.
Hərbi komandan qeyd edib ki, tətbiq edilən blokada çərçivəsində qarşı tərəfin daha yaxın məsafəyə irəliləməsi halında operativ hərbi tədbirlər görüləcək.
Admiral açıqlamasında İranın həyata keçirdiyi cavab tədbirlərini xüsusi vurğulayaraq qeyd edib ki, bu qərarın tərkib hissəsi kimi strateji əhəmiyyətə malik Hörmüz boğazı “düşmən və onun müttəfiqlərinin dəniz nəqliyyatı üçün qapadılıb”.
O, deyib ki, ABŞ tərəfindən İran limanlarına və gəmilərinə qarşı tətbiq olunan “qanunsuz məhdudiyyətlərə” cavab olaraq Tehran bu dəniz dəhlizində nəzarəti artırıb.
Zərintac Mayisqızı

















