“Hava hücumundan müdafiə sistemləri yeddi saat ərzində Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 50 pilotsuz uçuş aparatını (PUA) məhv edib”.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“29 apreldə, Moskva vaxtı ilə saat 7:00-dan 14:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Kursk, Orenburq vilayətləri və Perm ərazisi üzərində 50 Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, – deyə açıqlamada vurğulanıb.
Zərintac Mayisqızı

















