Bu gün İsrail ordusu İranın ən böyük neft-kimya zavoduna güclü zərbə endirib.
Zefer.media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Zərbələr nəticəsində İranın neft-kimya ixracatının təxminən 85%-ni təşkil edən iki zavod tamamilə sıradan çıxarılıb.
Katz əlavə edib ki, həmin əməliyyat İslam Respublikasına milyardlarla dollar dəyərində iqtisadi zərbə vurub. Nazir qeyd edib ki, o və İsrailin baş naziri orduya İranın milli infrastrukturuna qarşı yüksək intensivlikli zərbələri davam etdirməyi tapşırıblar.
Eyni zamanda, İran mənbələri ölkənin cənubundakı Şiraz şəhərində yerləşən müdafiə zavoduna və elektrik stansiyasına da zərbələr endirildiyini bildirirlər.
Zərintac Mayisqızı

















