• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2.1° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bəzi valideynlər peyvəndlərdən niyə qorxur? - Həkimdən AÇIQLAMA

27 Mart, 26 / 14:30
A A

Tanıdıqlarımızdan, yaxınlarımızdan tez-tez eşidir, ya da sosial mediada insanların rəylərindən görürük ki, uşaqlarını peyvənd etdirmək istəməyənlər kifayət qədərdir. Bununla bağlı neqativ xəbərlər də bəzən yayılır. Qarşımıza çıxan məlumatlarda peyvəndin bir çox yan təsirləri ilə yanaşı, hətta ölüm hadisələri də var. Bu da haqlı olaraq bir çox valideyndə qorxu, narahatlıq yaradır.

 

Həkim – terapevt Günay Musayeva Zefer.media–ya açıqlamasında deyib ki, son onilliklərdə peyvəndlər yoluxucu xəstəliklərin qarşısının alınmasında ən effektiv vasitələrdən biri sayılır, lakin ana-ataların əksəriyyəti müxtəlif səbəblər gətirərək uşaqlarını peyvənd etdirməkdən imtina edir:

“Həmçinin, sosial psixoloji informasiya ilə bağlı bir sıra faktorlar var. Valideynlərin peyvəndə qarşı tərəddünün əsas səbəblərindən biri təhlükəsizliklə bağlıdır. Onlar peyvəndlərin əks göstərişlərindən qorxur, körpənin sağlamlığına uzun müddətli zərər verəcəyini düşünürlər”.

Həkim qeyd edib ki, elmi araşdırmalara görə təsdiqlənmiş peyvəndlər ciddi nəzarət altında çox mərhələli klinik sınaqlardan keçir və onların faydası potensial risklərdən qat qat üstündür:

“Yanlış və ya qeyri dəqiq məlumatların yayılması isə əksər şəxsləri sözügedən bilgilərdən məhrum edir. Sosial media və ya qeyri etibarlı mənbələr vasitəsilə peyvəndlərin məsələn autizmə səbəb olması kimi geniş yayılmış əsasız iddialar mövcuddur. Hamısı elmi cəhətdən təkzib olunsa da informasiya mühitində qalmağa davam edir. Nəticədə ata – anaların qərarına təsir göstərir. Habelə valideynlərin çoxu fərdi azadlıq və seçim hüququnu əsas gətirərək peyvəndə qarşı çıxır. Psixoloji amillər də mühüm rol oynayır, insanlar nadir yan təsirləri daha dramatik qəbul edir. Real riskləri düzgün qiymətləndirməkdə çətinlik çəkir, eyni zamanda yoluxucu xəstəliklərin artıq nadir hallarda rast gəlinməsi bəzi valideynlərdə yanlış təhlükəsizlik hissi formalaşdırır və peyvəndin əhəmiyyətini azaltmış olur. Peyvəndlər haqqında neqativ fikirlərin əmələ gəlməsində mədəni və dini baxışlar da rol oynaya bilər. Zaman-zaman analar, atalar ənənəvi müalicə üsullarına üstünlük verir . Peyvəndin tərkibi ilə bağlı narahatlıq yaşayır, yəni səbəblər çoxşaxəlidir. Problemin həlli üçün cəmiyyətə doğru, şəffaf informasiyaların çatdırılması, həkim – valideyn ünsiyyətinin gücləndirilməsi və ictimai etimadın artırılması vacibdir . Unutmayaq, peyvəndlərin əhəmiyyəti yalnız fərdi sağlamlıqla məhdudlaşmır, həm də kollektiv immunitetin formalaşması kimi ictimai sağlamlığın qorunmasına da xidmət edir”.

 

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

May 2, 2026
Maqazin

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

May 2, 2026
Cəmiyyət

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

May 1, 2026
Banner

Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

May 1, 2026
Cəmiyyət

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

May 1, 2026
Cəmiyyət

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

May 1, 2026

XƏBƏR LENTİ

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

İranın ali rəhbəri tərəfindən bəyanat yayıldı

02 May, 26 / 0:04

İranda etirazçılar Xameneyinin banerinə od vurdular

02 May, 26 / 0:02

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

01 May, 26 / 23:59

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

01 May, 26 / 23:43

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

01 May, 26 / 22:03

Netanyahu xərçəngə bu yolla qalib gəldiyini açıqladı

01 May, 26 / 21:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.