Banner

33 ildir dərsə qayıqla gedib-gələn fədakar müəllim

10 Aprel 2026, 21:0511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İmişlinin Ağamalılar kəndində rus dili müəllimi işləyən Mübariz Rüstəmov Kür çayını qayıqla keçərək məktəbə gəlir.

Zefer.media xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev sosial şəbəkə hesabında paylaşım edib.

Mübariz müəllim Zərdabda yaşasa da, İmişlinin Ağamalılar kəndində çalışır. O, 33 ildir ki, işə gəlmək üçün fədakarcasına Kür çayını qayıqla keçir.

Millət vəkili Mübariz müəllimlə birgə məktəbi gəzərək, orada İmişli şəhidlərinin şəkli olduğu plakata baxıblar.

Sonra da müəllimin gəlib getdiyi yola nəzər yetiriblər.

Razi Nurullayev bununla bağlı Elm və Təhsil Nazirliyinə məlumat verəcəyini, qurumun dəstək göstərəcəyinə inandığını vurğulayıb.

“Bir müəllimim fədakarlığını qiymətləndirmək gözəl addım olar”, – Millət vəkili əlavə edib.

Müəllimlik peşəsinin necə qiymətli, müqəddəs olduğunu işini ürəkdən sevən müəllimlərimiz sayəsində bir daha yaxşı anlamış oluruq!

Zərintac Mayisqızı 

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600